BOOKS / LANGUAGES
Dövrümüzdə hər əlinə qələm alan özünü İslam alimi sanıb, din kitabı yazmağa çalışır. İslam bilgilərindən xəbəri olmadığı üçün ağlına gələni yazır. Çənəsi güclü olanlar kürsülərdə ehtimal və xəyallarla danışır. Bu gün gənclər qəhrəman əcdadından ona miras qalan müqəddəs dinini öyrənmək istədikdə, uydurma təfsirləri, islam düşmənlərinin kin və qərəzlə, ingilis və yəhudi dilində və ya digər dillərdə yazdıqları kitablardan tərcümə edilmiş islam tarixini, cahillər və ya din sataraq pul qazanmaq istəyən münafi qlər tərəfi ndən hazırlanmış kitab və jurnalları oxumaq, yaxud dinlə əlaqəsi olmayan qəzetlərdən dini bilgi əldə etmək məcburiyyətində qalırlar. Halbuki dinimizdə Bəni İsrailin Peyğəmbərləri kimi çox sayda və çox yüksək alimlər yetişmiş və bunların yazdıqları minlərlə kitab İslamiyyəti bütün dünyaya anlatmış və tanıdmışdır. Doğru olan islam bilgilərinə “Əhli-sünnət” yolu deyilir. Bu xüsusda ətraflı məlumat almaq istəyənlərə türkcə “Səadəti-əbədiyyə” kitabını oxumağı tövsiyə edirik. Bir-birinin ardınca satışa çıxarılan və bəzəkli kəlimələrlə rəğbət qazanan zəhərli kitab və məcmuaları oxuyaraq müsəlmanlığı yanlış və tam fərqli anlamaqdan din qardaşlarımızı və müsəlman övladlarını qorumaq üçün Süleyman ibn Cəzanın Hənəfi məzhəbindəki böyük islam alimlərinin kitablarından seçmiş olduğu və “Ey Oğul” adını verdiyi elmihalın yenidən çap və nəşr edilməsini lazım gördük. 

Müsəlmanın hər şeydən əvvəl qəlbini təmizləməsi lazımdır. Çünki qəlb bütün bədənin rəisidir. Bütün üzvlər qəlbin əmrindədir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), “İnsanın bədənində bir ət parçası vardır. Bu yaxşı olarsa, bütün üzvlər yaxşı olar. Bu pis olarsa, bütün orqanlar korlanmış olar. Bu qəlbdir” buyurdu. Yəni bu ürək deyilən ət parçasındakı könüldür. Onun yaxşı olması pis əxlaqdan təmizlənməsi və yaxşı əxlaq ilə bəzədil məsidir. İnsanın surətinə, şəklinə “Bədən”, “Xəlq” deyilir. İnsanın qəlbindəki qüvvətə, təbiətə, hala, “Hulq” deyilir. “Əxlaqı zəmimə”, qəlbin xəstəlikləridir. Bunların müalicəsi çətindir. Dərmanlarını yaxşı bilmək və düzgün istifadə etmək lazımdır. Hulq, yəni əxlaq, qəlbdəki mənfəət və arzu, hal deməkdir. İnsanın etiqadı, sözləri, hərəkətləri, həmişə bu qüvvədən hasil olmaqdadır. İxtiyari hərəkətlər əxlaqın əsərləridir. Əxlaqı dəyişdirmək, pisini yox edib, yerinə yaxşısını gətirmək mümkündür. Hədisi-şərifdə, “Əxlaqınızı gözəlləşdirin!” buyuruldu. İslamiyyət mümkün olmayan şeyi əmr etməz. Təcrübələr də belə olduğunu göstərməkdədir. [Təcrübə, qəti bilgi əldə etməyə yarayan üç vasitədən biridir. Bu vasitələrdən ikincisi, Muxbiri Sadiqin1 xəbər verməsidir. Üçüncüsü, hesab ilə anlamaqdır.] İnsanların əxlaqlarını dəyişdirə bilmə istedadları eyni deyildir.

Adəm-əleyhissəlamdan bəri hər dində bir vaxt namaz vardı. Hamısı bir yerə toplanaraq Muhamməd əleyhissəlama inananlara fərz edildi. Namaz qılmaq imanın şərti deyil. Lakin namazın fərz olduğuna inanmaq imanın şərtidir. Namaz dinin dirəyidir. Namazını davamlı, doğru və tam olaraq qılan dinini qurmuş, islam binasını ayaq üstə tutmuş olar. Namaz qılmayan dinini və islam binasını yıxmış olar. Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” buyurdu ki; “Dinimizin başı namazdır”. Başsız insan olmadığı kimi, namazsız da din olmaz. Namaz islam dinində imandan sonra ilk fərz edilən əmrdir. Allahü təala qullarının yalnız özünə ibadət etmələri üçün namazı fərz etdi. Qurani-Kərimdə yüzdən artıq ayəti-kərimdə “Namaz qılın!” buyurulur. Hədisi-şərifdə Peyğəmbərimiz “Allahü təala hər gün beş vaxt namaz qılmağı fərz etdi. Qiymət verərək və şərtlərinə riayət edərək hər gün beş vaxt namaz qılanı Cənnətə qoyacağını Allahü təala söz verdi” buyurdu. Namaz dinimizdə edilməsi əmr edilən bütün ibadətlərin ən qiymətlisidir. Bir Hədisi-şərifdə, “Namaz qılmayanın İslamdan nəsibi yoxdur!” buyuruldu. Yenə bir Hədisi-şərifdə, “Mömin ilə kafiri ayıran fərq namazdır” buyuruldu. Yəni mömin namaz qılar, kafir qılmaz. Münafıqlar isə bəzən qılar, bəzən qılmaz. Münafıqlar Cəhənnəmdə çox acı əzab görəcəkdir. Rəsulullah “sallallahü aləyhi və səlləm” əfəndimiz buyurdu ki: “Namaz qılmayanlar qiyamət günü Allahü təalanı qəzəbli olaraq görəcəklər.”

FOLLOW US

https://www.islamyolu.net/book-list.html?tp=261